- Baxış sayı: 52
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 383
- Noyabr 09, 2026
- 0

3-6 yanvarda Niderlandın Qroningen şəhərində futvolley üzrə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 16 ölkədən 22 komanda mübarizə aparacaq. Yaxın keçmişdə dünyanın məşhur futbolçularından olan Frank De Bur da rəqabət aparacaq.
Digər tanınmış futbolçuların iştirakı da istisna deyil. Beynəlxalq turnirdə Azərbaycan komandası Feyar Hüseynov və Namiq İsgəndərovla təmsil olunacaq.
Mübarizədən öncə Avropa Futvolley Federasiyasının illik yekun iclası keçiriləcək. Tədbirə AFF-nin baş katibi Əfqan Həmzəyev qatılacaq.