Gəncədə kəmər dərəcələri üzrə imtahan keçirilib

Dekabrın 3-də Gəncə şəhərində Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə cüdo üzrə kəmər dərəcələri üzrə rəsmi imtahana yekun vurulub.

Allsport.az xəbər verir ki, Gəncə olimpiya idman klubunun idman zalında təşkil olunan imtahanın ikinci günündə 140 cüdoçu iştirak edib.

Müvafiq yaş qruplarına uyğun müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, kəmər imtahanları cüdoçuların peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin, gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Həmin kateqoriyadan