Gəncədə yeni cüdo mərkəzi

Gəncədə yeni cüdo mərkəzinin rəsmi açılışı olub. Allsport.az saytı xəbər verir ki, mərasimdə çıxış edən bu şəhərin gənclər və idman baş idarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan cüdo federasiyasının rəsmiləri Tərlan Poladov, Mətin RəhimliMusa İsmayılov mərkəzin açılmasının önəmini vurğulayıb, bu münasibətlə gənc cüdoçuları təbrik ediblər və onlara gələcək yarışlarda uğurlar diləyiblər.

Tədbirin sonunda ACF rəhbərliyi tərəfindən yeniyetmə cüdoçuların həvəsləndirilməsi üçün 100 ədəd yeni cüdoqi (kimono) hədiyyə verilib. Bununla yanaşı, federasiya tərəfindən Gəncədə fəaliyyət göstərən məşqçilər və hakimlər üçün iki günlük seminar təşkil edilib.

Həmin kateqoriyadan