“Gəncə”nin basketbolçusu: 4 əsas heyət üzvünün olmaması nəticəyə təsir etdi

Bu gün texniki universtitetin idman zalında basketbol üzrə superliqanın 12-ci turunda “Gəncə” paytaxtın “Atletik” klubuna 59:76 hesabı ilə yenildi. Matçdan sonra əyalət təmsilçisinin 2-ci mövqedə çıxış edən üzvü Emin Cəfərov allsport.az saytına açıqlamasında bunu söylədi:

“Amil Həmzəyev daxil olmaqla, 4 oyunçumuz bu gün meydana çıxmadı. Ehtiyat heyətdən istifadə edildi. Bacardığımızı etdik. Əvəzedicilərlə daim bir yerdə oynamadığımızı üçün, anlaşmamazlıq vardı.

Qışda bizə qoşulan legionçular da heyətə uyğunlaşmayıb. Zədəlilərimiz sağalmaq üzrədir. Gələn tur tam heyətlə mübarizə aparacağıq və ümidvaram ki, hər şey yaxşı olacaq”.

K.HACI

Həmin kateqoriyadan