- Baxış sayı: 41
- 17 Sentyabr 2026 18:52
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

Atletlərimiz Minskdə keçiriləcək 20 yaşadək idmançılar arasında beynəlxalq turnirdə çıxış edəcəklər.
Allsport.az xəbər verir ki, “Minsk U20 İnternational Match” turnirində ölkəmizi Aleksey Ələkbərov, Teymur Salahzadə, Vahid Kərimov, Kəsgin Abbaszadə, Rüstəm Məmmədov, Yusif Nəzərov, Aydın Bədəlov, Lamiyə Vəliyeva və Yelena Pextireva təmsil edəcəklər.
İdmançılarımız turnirdə qaçış (60m, 400m, 1500m), tullanma (üçtəkanla, hündürlüyə, uzunluğa) və nüvəitələmə yarışlarında qüvvələrini sınayacaqlar.
Yarışlarda atletlərimiz yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Nazim İsrafilovun rəhbərliyi ilə mübarizə aparacaqlar. Turnir bu gün start götürəcək.