Gənc cüdoçular Avropa birinciliyinə yola düşür

7-10 sentyabrda Niderlandın Haaqa şəhərində gənc cüdoçuların Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilk 3 gündə fərdi, sonra komanda yarışı olacaq.

Qadın millisinin baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi ilə Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi – 48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq); oğlanlarda baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə Nizami İmranov (60 kq), Nicat Nağıyev, Aydın Rzayev (hər ikisi – 66 kq), Süleyman Əliyev, Vüsal Qələndərzadə (73 kq), Ömər Rəcəbli (81 kq), Vüqar Talıbov, İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (100 kq) mübarizə aparacaqlar.

Həmin kateqoriyadan