Gənc cüdoçular Paris qitə kubokunda

Allsport.az xəbər verir ki, Fransanın paytaxtında 6-7 mayda gənclər arasında Avropa kuboku keçiriləcək.

Turnirdə 21 ölkədən 372 idmançı iştirak edəcək.

Azərbaycan yarışda 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 8-10 may tarixlərində Parisda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Qızlar

57 kq
Fidan Əlizadə

Oğlanlar

60 kq
Nizami İmranov

Nurlan Kərimli
Nicat Şirinov

66 kq
İslam Rəhimov
Aydın Rzayev
Nicat Nağıyev

73 kq
Qadir Hüseynov
Vüsal Qələndərzadə
Elnur Qasilov

81 kq
Ömər Rəcəbli
Aslan Kotsoyev
Məhəmmədrza Hacızadə

90 kq
İsmayıl Zamanov

100 kq
Kənan Nəsibov

Həmin kateqoriyadan