Gənc çudoçularımız Avropa kubokuna qızıl medal qazanmaqla başladılar

Rusiyanın Sankt-Peterburq şəhərindələr gənc çudoçular arasında Avropa kubokuna start verilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi ilk gündə hesabına 1 qızıl medal yazdırıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Cüdoçumuz finala gedən yolda Fransa, Braziliya və Gürcüstan idmançılarını məğlub edib.

O, final qarşılaşmasında isə tatani sahibi Damir Meremov üzrərində qələbə qazanıb. Qeyd edək ki, 22 ölkədən 346 idmançının qatıldığı Avropa kubokunda millimiz 21 cüdoçu ilə təmsil olunur.

Həmin kateqoriyadan