- Baxış sayı: 48
- 30 İyun 2026 01:02
- Baxış sayı: 101
- İyun 26, 2026
- 0

Avstriyada gənc cüdoçulararasında Avropa kubokuna start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın 1-ci günü Azərbaycan millisi üçün uğurlu olub: Natiq Qurbanlı (55 kq), Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) və Murad Heydərli (60 kq) bürünc medallara sahib olublar.
Digər təmsilçimiz Rüfət Tağızadə (60 kq) 5-ci teri tutub. 33 ölkədən 511 idmançının (308 oğlan, 203 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (14 oğlan, 2 qız ) ilə təmsil olunur.