Gənc cüdoçularımız İspaniyaya yollanacaq

16-18 sentyabrda İspaniyanın Malaqa şəhərində gənc cüdoçuların Avropa birinciliyi keçiriləcək. Allsport.az xəbər verir ki, fərdi və komanda şəkilində təşkil olunacaq mübarizədə Azərbaycan millisi də çıxış edəcək. Bakıda baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə təlim-məşq toplanışını davam etdirən komandamız sentyabrın 13-də İspaniyaya yola düşəcək.

Mötəbər yarışda cüdo üzrə Azərbaycan milli komandasını Natiq Qurbanlı, Kəramət Hüseynov (hər ikisi – 55 kq), Tofiq Məmmədov, Murad Heydərli (60 kq), Hidayət Heydərov, Hasil Cəfərov (73 kq), Rüfət İsmayılov (81 kq), Aslan Mirzəyev, Azər Yaqubov (90 kq),  Etibar Zeynalov (100 kq), Şəfəq Həmidova (44 kq), Leyla Alıyeva (48 kq), Səkinə Zayırova və Leyla Şahin (57 kq) təmsil edəcəklər.

 

Həmin kateqoriyadan