Gənc cüdoçularımız İtaliyada komanda hesabında 1-ci yeri tutub

Gənc cüdoçularımız İtaliyanın Liqnano şəhərində ənənəvi “Alpe Adrea” beynəlxalq turnirində 5 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, 22-ci dəfə baş tutan festivalda Avropanın müxtəlif ölkələrindən 1046 idmançı mübarizə aparıb.

Azərbaycan komandasının heyətində Hacı Musayev (55 kq), Kəramət Hüseynov (60 kq), İsmayıl İbrahimov (66 kq), Hasil Cəfərov (73 kq) və Aslan Mirzəyev (90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Natiq Qurbanlı (60 kq), Naim Hüseynov (81 kq), Azər Yaqubov (90 kq) və Ayxan Cəfərov (+100 kq) gümüş, Tofiq Məmmədov (60 kq), Murad Heydərli (60 kq), Vüsal Cəmilzadə (73 kq) və Samir Ağayev (81 kq) bürünc medala sahib olublar.

Beləliklə, 13 medal əldə edən gənclərdən ibarət milli komandamız ümumi hesabda 1-ci yeri tutub.

Həmin kateqoriyadan