- Baxış sayı: 42
- 30 İyun 2026 01:02
- Baxış sayı: 101
- İyun 26, 2026
- 0

Berlində gənc cüdoçular arasında Avropa kubokuna start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Komandamız hesabına 4 medal yazdırıb.
Bizdən Hidayət Heydərov (73 kq) qızıl, Kəramət Hüseynov (55 kq) gümüş, Nəriman Əhmədov və Natiq Qurbanlı (hər ikisi – 55 kq) bürün medal qazanıblar.
Qeyd edək ki, 38 ölkədən 524 idmançının (298 oğlan, 226 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 16 cüdoçu (15 kişi, 1 qadın) ilə təmsil olunur.