Gənc cüdoçuların Azərbaycan birinciliyinə yekun vuruldu

Gənc cüdoçuların Azərbaycan birinciliyinə yekun vuruldu

Bakı idman sarayında gənc cüdoçuların Azərbaycan birinciliyi başa çatdı. Allsport.az saytı xəbər verir ki, 51 klubdan 276 idmançının mübarizə apardığı yarışın son günü daha 8 çəki dərəcəsində qalib müəyyənləşdi.

Qızlarda Şəfəq Həmidova (48 kq), Zəhra Akkus (57 kq), Nərmin Abdullayeva (70 kq), Aytəkin Paşazadə (+78 kq); oğlanlarda Rövşən Əliyev (60 kq), Paşa Əliyev (73 kq), Zelim Tckayev (90 kq) və İmran Yusifov (+100 kq) bütün rəqiblərinə qalib gəldilər.

Həmin kateqoriyadan