Gənc cüdoçuların Bakı birinciliyi

11-13 yanvarda cüdo federasiyası və Bakı şəhər gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənclər arasında Bakı birinciliyi təşkil olunacaq. Allsport.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən FHN idman sağlamlıq mərkəzində baş tutacaq yarışda Bakının 22 müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 150-ə yaxın idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaq.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Turnir fevralın 22-24-də keçiriləcək 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

Yarış hər gün saat 10:00-da başlayacaq. Arenaya giriş sərbəstdir.

Həmin kateqoriyadan