Gənc cüdoçuların Bakı birinciliyində kimlər qalib gəlib?

“Sərhədçi” Olimpiya İdman Kompleksində U-21 gənc cüdoçuların Bakı şəhər açıq birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən yarışda 32 klubdan 318 nəfər (295 oğlan və 23 qız) iştirak ediblər.

Gərgin tutaşmalarda qızlarda Şəfiqə Mollazadə (44 kq), Şəfəq Həmidova (48 kq), Elvira Əskərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Günel Bəkirzadə (63 kq), Məsməxanım Quliyeva (70 kq), Əminə Hüseynova (78 kq) və Nigar Cəfərova (+78 kq); oğlanlarda Yunis Yunisli (55 kq), Fuad Abbasov (60 kq), Nazim Şıxəliyev (66 kq), Sabir İsmayılov (73 kq), Əkbər Quliyev (81 kq), Fariz Ağayev (90 kq), Elvin Abbasov (100 kq) və Camal Feyziyev (+100 kq) qalib adını qazanıblar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Cüdo federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Həmin kateqoriyadan