Gənc cüdoçuların birinciliyində fərdi yarışların qalibləri

FHN-in idman-sağlamlıq mərkəzində gənclər arasında cüdo üzrə ölkə  birinciliyində fərdi yarışlar başa çatıb. Allsport.az xəbər verir ki, son gündə daha 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Oğlanlar arasında Məmmədli Nicat (60 kq),  Məmmədəliyev Rəşid (73 kq), Məcidov Cahangir (90 kq) və Feyziyev Camal (100 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xanım idmançıların mübarizəsində isə Kərimova Vüsalə (48 kq), Səfərova Fəridə (57 kq), Rəşidova Xədicə (70 kq) və Paşazadə Aytəkin (78 kq) məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıblar.  Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.

Gənc cüdoçuların respublika birinciliyinə bu gün təşkil olunacaq komanda yarışları ilə yekun vurulacaq.

Həmin kateqoriyadan