Gənc kimono ustaları Poznanda qitə kubokunda

23-24 apreldə Polşanın şəhəri Poznanda qitə kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 17 ölkədən 287 cüdoçu iştirak edərək.

Azərbaycanının şərəfini oğlanlarda baş məşqçi Elxan Məmmədovun rəhbərliyi ilə Nicat Şirinov, Murad Əliyev (hər ikisi – 60 kq), Eltac Yusifli, Xudabaxış Əliyev, Vaqif Tarverdiyev (66 kq), Qədir Hüseynov, Çingiz Fəttahov, Vüsal Qələndarzadə, Nahid İsmayılov (73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli, Murad Əlizadə (81 kq), Əjdər Bağırov, Vüqar Talıbov (90 kq), Rəsul Aydəmirov, Atabala Niftəliyev (100 kq), Səid Orucov (+100 kq) qoruyacaqlar.

Gənc qızlarda məşqçi İmamverdi Məmmədov rəhbərliyi ilə ölkəmizi Könül Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Lətifə Abbasova, Səbinə Əliyeva (57 kq) və Aytac Qardaşxanlı (63 kq) təmsil edəcəklər.

Həmin kateqoriyadan