Gənclər və İdman Nazirliyi ilə Cüdo federasiyası aprel döyüşlərinin xatirəsinə beynəlxalq yarış keçirəcək

Gənclər və İdman Nazirliyi ilə Cüdo federasiyası aprel döyüşlərinin xatirəsinə beynəlxalq yarış keçirəcək

Gənclər və İdman Nazirliyi ilə Cüdo federasiyası ötən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə 21 yaşadək oğlanlar və qızların klublar arasında beynəlxalq komanda yarışı keçiriləcəklər.

Allsport.az saytı xəbər verir ki, 17-19 apreldə təşkil olunacaq turnirdə hər kollektivdən 7 nəfər, o cümlədən 5 oğlan və 2 qız iştirak edə bilər. Oğlanlar 60, 66, 73, 81 və +81 kq, qızlar 57 və 63 kq-da mübarizə aparacaqlar. İlk 3 yeri tutacaq komanda və iştirakçılar müvafiq dərəcəli kubok, diplom, medal və pul mükafatları ilə təltif olunacaqlar.

Həmin kateqoriyadan