Gənclər və idman nazirliyindən bıçaqlanma hadisəsinə reaksiya

Ölkə idmanında xoşagəlməz olay baş verib.

Allsport.az saytı xəbər verir ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan olimpiya idman kompleksində təşkil etdiyi turnirdə Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Turan Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Gənclər və idman nazirliyi gənc idmançının ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Həmin kateqoriyadan