- Baxış sayı: 586
- 07 May 2026 16:16
- Baxış sayı: 165
- May 08, 2026
- 0

Allsport.az xəbər verir ki, İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk yarış günündə cüdoçularımız 1 qızıl və 1 bürünc medal qazanıb.
60 kq çəkidə Nizami İmranov yarışı 5-ci yerdə başa vurub. 66 kq çəkidə Aydın Rzayev qızıl medal qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçularımız Nicat Nağıyev 7-ci, Samir Piriyev 5-ci yerə çıxıb. 73 kq çəkidə Süleyman Əliyev yarışı 3-cü yerdə başa vurub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Vüsal Qələndərzadə 5-ci yerlə kifayətlənib.