Gənclərin Avropa birinciliyində 13 cüdoçu

15-18 sentyabrda Çex Respublikanın paytaxtı Praqada gənclərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu mötəbər beynəlxalq yarışa 39 ölkədən 349 idmançı qatılıb. Azərbaycan rəqabətə 13 nəfərlə təmsil olunacaq.

Bunlar oğlanlarda Turan Bayramov, Nizami İmranov (hər ikisi – 60 kq), Vüsal Qələndərzadə (73 kq), Ömər Rəcəbli, Elcan Hacıyev (81 kq), İsmayıl Zamanov, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq); qızlarda Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (57 kq) və Aytac Qardaşxanlı (63 kq), Nərmin Əmirlidir (78 kq).

Həmin kateqoriyadan