Göygöldə bölgə cüdoçuları üçün təlim-məşq

ACF-in təşkilatçılığı ilə Göygöl olimpiya idman kompleksində bölgə yeniyetmə cüdoçuları üçün təlim-məşq keçirilir. Allsport.az saytı xəbər verir ki, 60-dan artıq qabiliyyətli idmançının iştirak etdiyi toplanış 23 iyuna qədər davam edəcək.

Hazırlıqda federasiya prezidentinin müşaviri Natiq Bağırov, regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilir.

Təlim-məşq toplantısı çərçivəsində həmçinin, 18 iyunda ACF-in fiziki direktoru Mark van der Hamın yeniyetmə cüdoçular üçün ustad dərsi keçirilib. Master klass zamanı əsasən nevaza vəziyyətində (yerdə parter vəziyyəti) müxtəlif fəndlər yeniyetmələrə nümayiş etdirilib.

Həmin kateqoriyadan