Göygöldə Heydər Əliyevin abidəsi ziyarət olunub

Allsport.az xəbər verir ki, bu gün Göygöl şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kubokunun iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Göygöl rayon icra başçısının müavini Arzu Qocayev, Azərbaycan cüdo federasiyasının baş katibi Rəşad Rəsullu, Olimpiya mükafatçısı Rüstəm Orucov, Türkiyə və Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət milli yığma komandalarının üzvləri ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Göygöldə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə Azərbaycan milli yığması 6 qızıl, 5 gümüş və 5 bürünc medal qazanaraq yarışa uğurla start verib.

Həmin kateqoriyadan