Göygöldə püşkatma mərasimi

Göygöldə cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun püşkatma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, püşkatmada Azərbaycan cüdo federasiyasının idman direktoru Kamran Talıbov, o cümlədən Avropa cüdo birliyinin (ACB) idman komissarı Albert Qmainer və ACB-nin hakim-komissarı Nano Karvalyo iştirak edib.

Turnirdə on dörd ölkədən 323 cüdoçu iştirak edəcək. Oğlanlar arasında 209, qızlar arasında isə 114 idmançı mübarizə aparacaq.

Avropa kubokunda Fransa, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq idmançıları, eləcə də fərdi bitərəf idmançılar iştirak edəcəklər.

Azərbaycan milli komandasının heyətində 140 cüdoçu (95 oğlan və 45 qız) yer alıb.

Həmin kateqoriyadan