- Baxış sayı: 121
- 25 İyun 2026 00:34
- Baxış sayı: 41
- İyun 26, 2026
- 0
Gürcüstanın kurort şəhəri Batumidə idman gimnastikası üzrə beynəlxalq yarış keçiriib. Allsport.az saytı xəbər verir ki, bu sınaqda ölkəmizi Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil ediblər.
Azərbaycan millisi yalnız Rusiya yığmasından geri qalaraq, komanda hesabında gümüş medal qazanıb. Ev sahibləri 3-cü olublar.
Marina Nekrasova şəxsi hesabına 4 bürünc medala sahib çıxıb. O, çoxnövçülükdə, dayaqla tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlərdə fərqlənib. Digər təmsilçimiz Yuliya İnşına gimnastika tirində bürünc medala yiyələnib.