Güneyli soydaşlarımız vaxtından öncə Dünya Kuboku-2022-yə vəsiqə qazanıb

Dünya Kuboku-2022-nin daha bir iştirakçısı bəlli olub. Allsport.az saytı xəbər verir ki, İran millisi Asiya zonası üzrə seçmədə, “A” qrupunun 7-ci turunda İraqa 1:0 qalib gələrək, vaxtından əvvəl vəsiqəni təmin edib.

Bu qələbədən sonra xallarını 17-yə çatdıraraq liderliyinə möhkəmləndirən güneyli soydaşlarımız, sona 3 tur qalmış ən yaxın izləyicisi Cənubi Koreyanı 2, Birləşmiş Ərəb Əmirliklərini isə 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, mundiala, ən pis halda, 2-ci yerin sahibi kimi yollanacaq.

Qətərin ev sahibliyi edəcək dünya çempionatı 21 noyabr – 18 dekabrda keçiriləcək. Arazın o tayının futbolçuları ardıcıl 3-cü dəfə bu yarışda iştirak edəcəklər.

Həmin kateqoriyadan