Gürcüstan toplanışı yekunlaşıb

11 iyun oğlanlardan ibarət U-18 millinin Tbilisidə keçirilmiş təlim-məşq toplanışının ilk mərhələsi yekunlaşıb.

Allsport.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv toplanış çərçivəsində yerli komandalarla bir neçə yoldaşlıq oyununda öz gücünü sınaqdan keçirib.
Azərbaycan U-18 – Bədən Tərbiyəsi Universiteti (67-73), Azərbaycan U-18 – SEU BK (70-58), Azərbaycan U-18 – Gürcüstan U-20 (51-89).

Hazırlıq prosesində əsas məqsəd 25 iyul – 3 avqust Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı “B” divizionunun oyunlarına hazırlaşmaqdır.

Həmin kateqoriyadan