Həmyerlimiz Avropa cüdo birliyində məsul vəzifəyə təyin olunub

Azərbaycan cüdo federasiyasının baş katibinin məsləhətçisi Azər Novruzov, Avropa cüdo birliyinin marketinq departamentində məsləhətçi kimi fəaliyyətə başlayıb. Allsport.az saytı xəbər verir ki, bununla bağlı müqavilə ona ACB-in prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilib.

Həmyerlimizin idman idarəçiliyində 10 ildən çox təcrübəsi var. O, Avropa oyunları, İslam həmrəyliyi, dünya və Avropa çempionatları kimi çoxsaylı beynəlxalq yarışların təşkilat komitəsinin üzvü olub. Bundan əlavə, o, 2011-2013-cü və 2016-2017-ci illərdə ACF-də idman meneceri vəzifəsində çalışıb.

Həmin kateqoriyadan