- Baxış sayı: 45
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 241
- Avqust 05, 2026
- 0

Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın Türkiyə Superliqasında forma geyindiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» ilkin pley-off mərhələsinin 2-ci görüşünü də qələbə ilə başa vurub.
Allsport.az saytı xəbər verir ki, ilk matçda səfərdə «Qastamoğlu» klubunu 33:28 hesabı ilə qalib gələn paytaxtlılar, Anqarada da üstün oynayıblar – 30:29.
Yarımfinal mərhələsində həmyerlimizin komandası doğma meydançada “Ərdesən”lə qarşılaşacaq. 1-ci görüş aprelin 18-da keçiriləcək.