VİDEO
Həndbol federasiyası yeni məkana köçüb

Həndbol federasiyası “ABU Arena”da fəaliyyət göstərən idarə ünvanını dəyişib. Allsport.az saytı xəbər verir ki, AHF daha rahat, geniş və müasir tələbələrə cavab verən yeni binaya köçüb.

Hazırda federasiya son dərəcə əlverişli məkanda – paytaxtın Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunda yerləşən SDN Biznes Mərkəzində fəaliyyətini davam etdirir.

Müasir avadanlıqlarla və yeni üslubda tərtib edilən ofis mərkəzin 14-cü mərtəbəsində yerləşir. Ofisin foyesində federasiyanın fəaliyyətini əks etdirən guşə yaradılıb. Mükəmməl infrastruktura malik ofisdə fəaliyyət üçün hərtərəfli şərait var.

Həmin kateqoriyadan