Həndbol federasiyasında toplantı

Bu gün Həndbol federasiyasında cari mövsüm üçün ölkə çempionatına hazırlıq ilə bağlı iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplanda federasiya və hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları, komandaların baş məşqçiləri iştirak ediblər.

Yığıncaqda 2016-2017-ci illər üzrə respublika çempionatının 1-ci dövrəsinin keçiriləcəyi tarix və məkan barədə məlumat verilib. Bildirilib ki, fevralın 17-də start götürəcək yarışlar “ABU arena”da keçiriləcək. Həmçinin iştirak edəcək qadın və kişi komandaların adları açıqlanıb.

Ümumilikdə, 4 qadın (“Azəryol”, “Nur”, “Qaradağ”, “Gənclərbirliyi”) və eyni sayda kişi (“Təhsil”, “Məhsul”, 2 saylı RİOEUGİM, 12 saylı Nəsimi  komandaların çıxış edəcəyi qeyd olunub.

Həmin kateqoriyadan