- Baxış sayı: 45
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 47
- Avqust 10, 2026
- 0

Avropa Həndbol Federasiyasının mənzil-qərargahı Vyanada yeni avrokubok mövsümünün püşkü atılıb. Allsport.az saytının məlumatına görə, qadınlardan ibarət “Azərsu”nun EHF kubokunun ilkin ələməsində rəqibi Polşanın Lüblin şəhərini təmsil edən “Metrako Zaqlebie” klububur. İlk oyun 8-9 sentyabrda səfərdə, cavab görüşü 1 həftə sonra Bakıda olacaq.
Çağırış kubokunda mübarizə aparacaq “Azəryol” millimizin mərkəz hücumçusunun keçmiş komandasına qarşı gələcək. “Ankara Yeniməhəllə BSK” ilə 1-ci matç 10-11 noyabrda Türkiyədə, əvəz oyunu bir həftə sonra paytaxtda baş tutacaq.
Kişilərdən ibarət ölkə çempionu “Bakı”ya Bosniya və Hersoqovina klubu “Borak” rəqib olub. İlk mücadilə 6-7 oktyabrda paytaxtda, cavab görüşü 1 həftə sonra səfərdə olacaq.