- Baxış sayı: 59
- 11 May 2026 15:09
- Baxış sayı: 37
- May 11, 2026
- 0

Həndbol üzrə ölkə çempionatına yekun vuruldu. Allsport.az saytı xəbər verir ki, 20-ci tur qadınların oyunu ilə yadda qaldı. Ötən ilin çempionu “Azərsu” son matçda “İdman akademiyası”na 36:23 qalib gəlib. Tiflis “Olimpiya”sı “Gənclərbirliyi”dən güclü olub (31:14).
Bu dəfə qızıl medallara “Azəryol” sahib çıxdı. “Azərsu” 2-ci, “Qarabağ” 3-cü oldular. Kişilərdə “Məhsul” qalib adını qazanıb. “Bakı” gümüş, “Təhsil” bürünc mükafata yetişib.
“ABU arena”da yarışın təntənəli bağlanışı keçirildi. Mərasimdə çıxış edən AHF-nin vitse-prezidenti Orxan Abbasov çempionatda gedən gərgin rəqabətdən danışdı, iyulda ölkəmizdə keçiriləcək Avropa gənclərin yay olimpiya festivalında komandalarımıza uğurlar arzuladı.