Həndbol yığmamızın Həştərxan toplanışı davam edir

Qadın həndbolçulardan ibarət yığmamız baş məşqçi Çingiz Əzimov və çalışdırıcı Fuad Yangildinin rəhbərliyi ilə Həştərxanda 2-həftəlik təlim -məşqdədir. Komandamız toplanışın çərçivəsində “Star Cup” beynəlxalq turnirində iştirak edib. Məlumatı allsport.az saytına mütəxəssisin özü verib.

Millimiz 5 oyundan 2-sində qalib gəlib. Bu, qızlarımızın qardaş Türkiyədə keçiriləcək İslam oyunlarına hazırlığının başlanğıcı olaraq, pandemiyadan sonra ilk təlim-məşqdir.

Komandanın əsas tərkib hissəsi “Azəryol” olduğunu nəzərə alsaq, toplanış həm də klubunun  Avropa kubokunun 2-ci raundunda Yunanıstan “Panorama”sı görüşə hazırlıqdır.

Həmin kateqoriyadan