Həndbolçumuzun komandası Çempionlar Liqasına Polşada hazırlaşır

Ötən mövsüm ardıcıl 2-ci dəfə çempionluğu bayram edən qadın həndbolçulardan ibarət «Ankara Yeniməhəllə Bələdiyyəsi» növbəti mübarizədə də qızıl medalları hədəfləyib. Allsport.az saytı xəbər verir ki, millimizin mərkəz oyunçusu Marina Tankaskayanın çıxış etdiyi komanda, ötən həftə təlim-məşq toplanışı məqsədi ilə Polşa yollanıb.

Hazırlıq bitəndən sonra, «qızıl qanadlı mələklər» orada seçmə Avropa klublarının qatılacağı yarışda qüvvəsini sınayacaq. Çempion heyəti qoruyan paytaxtlılar, Fransa və Kamerun yığmalarının qapıçılarını alıb. Xorvatiyalı ulduz Maya Zebiçi də sıralarına qatan «mavi-ağlar», Çempionlar Liqasında uğur qazanmaq niyyətindədir.

Həmin kateqoriyadan