- Baxış sayı: 54
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 387
- Noyabr 09, 2026
- 0

Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların EHF kubokunun «C» qrupunda 2-ci yer tutaraq, növbəti mərhələyə yüksəlib. Allsport.az saytı xəbər verir ki, almanlar 1/4 finalda Rusiyanın «Kuban» komandası ilə qarşılaşacaqlar.
İlk matç martın 5-də evdə, cavab oyunu 1 həftə sonrə səfərdə keçiriləcək. Qeyd edək ki, «Bietiqheym» Bundesliqada itkisiz irəliləyərək, yarış cədvəlində öncüllüyünü qoruyur.