Həndbolçumuzun komandası EHF kubokunun qrup mərhələsində Macarıstan klubunu yenib

Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların EHF kubokunun «C» qrupunda növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, almanlar evdə Macarıstanın «Erd» klubunu qəbul edib.

Bundesliqanın şəksiz öncülü rəqibini 28:25 hesabı ilə üstələyib (18:11). Bu görüşdə Valentina Salamaha ehtiyatda qalıb. Bu qrupun digər matçında Rusiyaının «Rostov» komandasını  Norveç «Byasen»i məğlub edib – 35:21 (20:8).

Hazırda «Bietiqheym»in 6 xalı var və yarış cədvəlində 2-ci (+3-3) yerədir.

Həmin kateqoriyadan