- Baxış sayı: 42
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 78
- Sentyabr 25, 2026
- 0

Qadınlardan ibarət millimizin qapıçısı Valentina Salamahanınnın çıxış etdiyi «Bietiqheym» Almaniya Bundesliqasında növbəti matça çıxıb.
Allsport.az saytı xəbər verir ki, həndbolçumuzun komandası 21-ci turda səfərdə «Hellingen»lə üz-üzə gəlib. İlk hissə ev sahibələrinin üstünlüyü ilə keçib (16:15). Fasilədən sonra gedişat qonaqların xeyrinə dəyişib və onlar sonda 31:29 qalib gəliblər.
Son görüşlərdə inamlı təsir bağışlayan Valentina Salamaha yenə çərçvəni qoruyub. Bu nəticə ilə xalını 23-ə yüksəldən «Bietiqheym» yarış cədvəlində yenə lider Turunger»dən geri qalır.