Həndbolda qeyri-adi hadisə: ABU – “Femina” matçı yerli EHF nümayəndəsi İsgəndər Əsgərovda

Xəbər verdiyimiz kimi, Bakının qadın həndbolçulardan ibarət ABU klubunun Çağırış kubokunun 3-cü raundunda Belçika “Femina Vize”si ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, komandalar hər 2 görüşü Bakıda keçirəcəklər.

İlk matç noyabrın 12-də olacaq. Rəqibin nominal ev sahibi olacağı qarşılaşma saat 17:00-da başlayacaq. Ertəsi gün eyni saatda 2-ci görüş təşkil olunacaq. Matçlar “ABU Arena”da keçiriləcək.

Bu arada sözü gedən oyunla bağlı qeyri-adi hadisə yaşanıb. Görüşün israilli EHF nümayəndəsi İsaak Hart şəxsi problemi ilə əlaqədar paytaxtımıza gələ bilmədiyindən, Avropa Həndbol Federasiyası bu işi həmyerlimiz İsgəndər Əsgərova həvalə edib.

Mütəxəssis saytımıza verdiyi açıqlamada deyib ki, belə bir halla ilk dəfə qarşılaşır: “Bu mənim üçün cox gözlənilməz oldu. Ona görə ki, ənənəvi olaraq heç vaxt yerli nümayəndə və hakimlər öz ölkələrinin oyunlara təyin olunmurlar. Lakin fors major vəziyyəttə görə bu etimadı mənə göstərildi”.

Qeyd edək ki, bu matçın hakimləri makedoniyalılar İsmayıl Metalari və Nenad Nikolovskidir.

Həmin kateqoriyadan