“Hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq”

Bu gün Azərbaycan millisi Kişinyovda Moldova futbolçuları üilə üz-üzə gələcək. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə komandamızın kapitanı Emin Mahmudov bunu deyib:

“Rəsmi oyunlardan əvvəl bu cür yoldaşlıq oyunları bir-birimizi daha yaxşı başa düşmək üçün lazımdır. Asan olacağını düşünmürük. Milli komandadayıqsa, hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq.

Moldova komandasının bəzi oyunçuları Rusiyada çıxış edir. Onlarla tanışlığım var. İnanıram ki, sabah məqsədimizə çatacağıq. Asan oyun olmayacaq”.

Həmin kateqoriyadan