Hakim İbrahimov atletika yığmasının baş məşqçisi təyin edilib

Bu gün Azərbaycan atletika federasiyasının toplantısı keçirilib.

Allsport.az xəbər verir ki, federasiya prezidenti Cavid Qurbanov rəhbərliyi məşqçilərlə görüşüb.

Görüş zamanı məşqçilərin təkliflərini dinlənilib və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Qurumun rəhbərliyi milli komandanın baş məşqçisi Bəhruz Salehli, sprint üzrə məşqçi Tofiq Əliyev və dözümlülük üzrə məşqçi Sadıq Sadıqova uzun illər ərzində atletikamızın inkişafında göstərdikləri əvəzsiz xidmətlərə görə təşəkkür edib. Hər üç mütəxəssis bundan sonra federasiyada məsləhətçi kimi fəaliyyətlərini davam etdirəcəklər.

Görüşdə milli komandanın yeni məşqçi heyəti təqdim olunub. Hakim İbrahimov baş məşqçi, Nazim İsrafilov isə ehtiyat üzrə baş məşqçi vəzifəsinə təyin ediliblər.

Atletika yığmasının məşqçi heyəti:
Hakim İbrahimov – Baş məşqçi
Nazim İsrafilov – Ehtiyat üzrə baş məşqçi
Valentin Bulıçev – Sprint üzrə böyük məşqçi
Ziyad Xəlfəyev – Tullanmalar üzrə böyük məşqçi
Vüqar Ələsgərov – Dözümlülük üzrə böyük məşqçi
Emil Şahtahtinski – Atmalar üzrə böyük məşqçi
Anar Yusifov – Regionlar üzrə böyük məşqçi
Rəhim Xəlilov – Ehtiyat üzrə məşqçi

Həmin kateqoriyadan