Hakimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün seminar

Allsport.az xəbər verir ki, Azərbaycan cüdo federasiyasının hakimlər heyəti üçün “Cüdo klub-2012”də seminar keçirilib.

Seminarda U-13 və U-15 kiçik yaşlı yeniyetmələr üçün daxili yarışlarda tətbiq olunacaq yeni qaydalar müzakirə olunub. Yeniyetmələrin zədə almaması üçün hansı fəndlərin qadağan olması ilə bağlı hakimlərə məlumat verilib.

Eyni zamanda, hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu haqqında geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Mübahisələrə səbəb olan epizodlar təhlil olunub. ACF-in prezidentinin müşaviri Natiq Bağırov seminarda iştirak edərək öz tövsiyələrini verib.

Seminarın təşkil olunması hakimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan