Heydər Əliyev mərkəzinin parkında cüdo üzrə ustad dərsi

3 sentyabrda paytaxtda Heydər Əliyev mərkəzinin parkında ACF-in təşkilatçılığı ilə cüdo üzrə ustad dərsi olacaq. Allsport.az saytı xəbər verir ki, məşğələni ACF-in vitse-prezidenti Elnur Məmmədli və ACF prezidentinin müşaviri Natiq Bağırov keçəcəklər. Həmçinin, tədbirdə Rüstəm Orucov, Səid MollayiOrxan Səfərov kimi tanınmış simalar da iştirak edəcəklər.

Tədbir saat 18:00-da başlayacaqdır. 6 yaşdan yuxarı hər kəs idman geyimində tədbirdə ödənişsiz iştirak edə bilər. Bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.

Həmin kateqoriyadan