- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 110
- May 11, 2026
- 0

Avropa idman həftəsi çərçivəsində “Fəal olaq” tədbiri keçirilib. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev mərkəzinin qarşısında baş tutan məşğələdə müxtəlif idman növləri ilə yanaşı, voleybola aid elementlər də nümayiş olunub.
Tədbirdə gənc qız və oğlan voleybolçular, eləcə də veteranlar – Alla Həsənova, Oksana Məmmədyarova, Eldar Əliyev, Cəlil Baxtiozin də iştirak ediblər. Onlar voleybol üçün ayrılmış xüsusi ərazidə bu idman növünə aid elementləri nümayiş etdirib, həmçinin voleybol haqqında məlumat veriliblər.