Heydər Əliyevin xatirəsinə cüdoçuların “Böyük dəbilqə” sınağı

Mayın 6-8-də Bakı şəhərində Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ümummilli liderin adını daşıyan idman arenasında təşkil olunacaq mötəbər yarışı işıqlandırmaq istəyən media mənsubları akkreditasiya əldə etmək üçün aprelin 25-dək ACF-ə müraciət edə bilərlər.

Qeydiyyatdan keçmək istəyənlərdən 1 ədəd 3×4 ölçüdə şəkil və jurnalist vəsiqəsinin surətini cudo.federasiyasi@gmail.com ünvanına göndərmələri xahiş olunur. Yarışın başlanmasına 3 gün qalmış federasiya tərəfindən akkreditasiyaların əldə olunması ilə bağlı əlavə məlumat veriləcək.

Həmin kateqoriyadan