- Baxış sayı: 48
- 22 İyun 2026 10:05
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Bolqarıstan paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı davam edir. Allsport.az saytının məlumatına görə, yarışın 2-ci günündə 2 təmsilçimiz mübarizəyə qoşulub.
Fərəhlidir ki, onların hər ikisi fəxri kürsüdə yer alıblar. 73 kq-da çıxış edən Hidayət Heydərov qızıl və Rüstəm Orucov bürünc medala yetişib.
Qitə çempionatlarında ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-ci sıraya çıxanlar 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252 və 182 əmsal xalını qazanırlar.