Hidayət Heydərov Avropa birinciliyinin qalibi olub

İsrailin paytaxtı Təl-Əviv şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.

Hidayət Heydərov (73 kq) finala gedən yolda Kipr, Belçika, Kosovalı və Rusiya idmançılarını məğlub edib. Həlledici görüşdə tatami sahibi Tohar Butbuka inamla qalib gələn təmsilçimiz qalib olub.

66 kq-da Telman Vəliyev 5-ci yeri tutub. Digər təmsilçilərimiz Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq) və Fəqan Quluzadə (73 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, 40 ölkədən 321 cüdoçunun (190 oğlani, 131 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 9 cüdoçu ilə təmsil olunur.

Həmin kateqoriyadan