Hidayət Heydərov “Avropanın ən yaxşı gənc cüdoçusu” mükafatını alıb

Varşavada qitə çempionatından sonra tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Birliyinin prezidenti Sergey Soloveyçik, bir çox federasiya və idman təşkilatlarının rəhbərləri, Polşanın dövlət rəsmiləri iştirak ediblər.

Mərasimdə son vaxtlar Azərbaycan cüdosundakı inkişaf və qazanılan uğurlar da xüsusi qeyd edilib. Ləhistanda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanan Hidayət Heydərov (73 kq), həm də bu yarışında 1-ci yeri tutan ən gənc cüdoçu olub. Sergey Soloveyçik həmyerlimizə “Avropanın ən yaxşı gənc cüdoçusu” mükafatını təqdim edib.

Həmin kateqoriyadan