Hidayət Heydərov: Gələcəkdə də onu yenəcəyimə inanıram

Macarıstanın paytaxtı Budapeştdə cüdoçuların “Böyük dəbilqə”sində 73 kq-da Hidayət Heydərov 1-ci yer tutub və 1000 xal qazanıb. Allsport.az saytı xəbər verir ki, “Avronyus” kanalı idmançımızdan süjet hazırlayıb. O, açıqlamasında bunu deyib:

“Təbriklərə görə hamıya təşəkkür edirəm! Bu mənim bir neçə ay ərzində qazandığım 3-cü qızıl medalımdır və idmançı olaraq inkişafımın sübutudur. Mən əminəm ki, qalibiyyətim davamlı olacaq.

Finalda Laşa Şavdatuaşvili, Fabio Basile və Rüstəm Orucovu gözləyirdim, lakin gürcü rəqibimin finala qədər yüksəlməsinin ehtimalı daha çox idi. Bildiyiniz kimi, o çox güclü idmançıdır, bəlkə də növbəti dəfə final başqa cür bitə bilər, lakin gələcəkdə də onu yenəcəyimə inanıram”.

Həmin kateqoriyadan