Hidayət Heydərov mübarizəyə başlayır

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə qran-pri turniri davam edir.
Allsport.az xəbər verir ki, yarışın ikinci günündə – sentyabrın 25-də təmsilçimiz Hidayət Heydərov (73 kq) tatami üzərinə çıxacaq. Cüdoçumuz ilk qarşılaşmasını Yehonatan Elbaz (İsrail) ilə keçirəcək.
Azərbaycanı yarışda iki cüdoçu təmsil edir. H.Heydərovla yanaşı, 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev də medallar uğrunda mübarizə aparacaq. Cüdoçumuz sabah yarışa qatılacaq. Onun ilk rəqibi isə Sebastyan Oldak (Polşa) – Vitali Şepel (Ukrayna) cütünün qalibi olacaq.
Üç gün davam edəcək turnirdə 35 ölkədən 240-dən çox idmançı qüvvəsini sınayır.

Həmin kateqoriyadan